“Türk Hava Yolları” aviaşirkəti iyunun 4-dən etibarən ölkədaxili səfərləri tam bərpa edir.
Azərtac xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi sosial media hesabı vasitəsilə açıqlama yayıb. Səfərlərin bərpası nəticəsində iyunun 4-dən etibarən İstanbuldan Türkiyənin 34, Ankaradan isə 15 şəhərinə uçuşlar keçiriləcək.