XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyun 2020 - 11:53

“ABŞ-la əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”- ÜST-dən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-la əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Bu fikirləri Cenevrədə keçirilən onlayn brifinqdə beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus bildirib. O, qeyd edib ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatında üzvlüyü son onilliklərdə mühüm əhəmiyyət daşıyıb və bu ölkə ÜST-ü tərk edəcəyini bəyan etsə də, ÜST əməkdaşlığın qüvvədə qalmasında hələ də maraqlıdır: “ABŞ Prezidenti Donald Trampın qərarına rəğmən, ÜST bu əməkdaşlığın davam etdirilməsi arzusundadır”.

O, qeyd edib ki, ABŞ hökuməti və xalqı ötən onilliklərdə dünya səhiyyəsinə böyük töhfələr verib və bu töhfələr dünyada ictimai səhiyyənin inkişafına xidmət edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 28-də ölkəsinin ÜST-dən çıxdığını elan edib. O, bu qərarını islahat tələblərinin ÜST tərəfindən həyata keçirilməməsi ilə əsaslandırıb. Bundan başqa ABŞ beynəlxalq təşkilatı koronavirus pandemiyası ilə əlaqədar düzgün idarəçilik və məlumatlandırma aparmadığını, ölkələri vaxtında xəbərdar etmədiyinə görə də ittiham edir(azərtac).