XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

02 İyun 2020 - 14:11

ABŞ-dan Venesuelaya daha bir həmlə:qurum rəhbərini "satan"a 5 milyon dollar mükafat ayırdı

ABŞ Dövlət Departamenti Venesuelanın milli kriptovalyutası olan petrodan istifadəni tənzimləyən qurumun rəhbəri Xoselit de la Trinidad Ramires Kamaçonun saxlanılmasını və ya məsuliyyətə cəlb edilməsini təmin edəcək informasiya verən şəxsə 5 milyon ABŞ dolları mükafat verəcəyini elan edib.

“Banki.ru” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Kamaço transmilli mütəşəkkil cinayətkarlıqda iştirak edib: “Venesuela rejimində müxtəlif vəzifələri tutaraq Kamaço Venesuelada əldə edilən qanunsuz vəsaitlərin yuyulması üzrə sxemdə iştirak edərək xalqın etimadını sarsıdıb”.

Pompeo xatırladıb ki, Nyu-Yorkda kamaçoya qarşı çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb.

Xatırladaq ki, 2019-cu il yanvarın 23-də – müxalifət lideri Xuan Quaydonun Ali Məhkəmənin onun parlamentin sədri vəzifəsinə təyin edilməsini ləğv etməsindən iki gün sonra özünün prezident vəzifəsini icra etdiyini açıqlamasından sonra Venesueladakı siyasi vəziyyət kəskinləşib. Əvvəlcə ABŞ, ardından Lima Qrupu ölkələri (Meksika istisna olmaqla), Amerika Dövlətləri Təşkilatı və Avropa İttifaqının əksər ölkələri onu müvəqqəti dövlət başçısı olaraq tanıyıb. Venesuela Prezidenti Nikolas Maduro hadisələri çevrilişə cəhd adlandırıb və ABŞ ilə diplomatik münasibətlərə son qoyulduğunu açıqlayıb. Rusiya, Belarus, İran, Çin, Kuba, Nikaraqua, Suriya və Türkiyə onu dəstəkləyib/Report.