XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

02 İyun 2020 - 16:32

Çində koronavirusa görə dərisinin rəngi dəyişən həkimlərdən biri ölüb –Açıqlama + FOTO

Çində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxaraq dərisinin rəngi dəyişən həkimlərdən biri vəfat edib.

BBC-nin verdiyi xəbərə görə, uroloq Hu Veifenq bu gün səhər saatlarında ölüb.

Hu Veifenq Uhan şəhərində pandemiyanın meydana çıxdığı ilk aylarda COVID-19-a yoluxan xəstələri müalicə edən həkimlərdən biri olub.

Son dörd ay ərzində doktor Hu Veifenq reanimasiyada olub. Aprel ayında onun səhhəti yaxşılaşsa da, daha sonra pisləşib.

Hu Veifenq Uhan Mərkəzi Xəstəxanasında koronavirusdan ölən 6 həkimdən biridir.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Uhanda koronavirusa yoluxaraq müalicə olunan iki həkimin – kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rənginin dəyişdiyini göstərən fotolar yayılıb.

Mütəxəssislər buna səbəb kimi virusun qaraciyəri zədələməsini göstərib və bildiriblər ki, müalicə prosesində həkimlərin daxili orqanları zədələnib/APA.