Ötən gün Özbəkistan-Qırğızıstan sərhədindəki “Çeşmə” bulağının təmizlənməsi və istifadəsi ilə bağlı sərhəd kəndlərində yaşayan sakinlər arasında baş verən münaqişə nəticəsində Özbəkistan tərəfdən 187, Qırğızıstan tərəfdən isə 25 yerli sakin yaralanıb.
Münaqişə ilə bağlı Özbəkistanın və Qırğızıstanın baş nazirləri Abdulla Aripov və Muxammedkalıy Abılqaziyev görüşüb, hadisənin tənzimlənməsi məsələlərini müzakirə ediblər.
Problemlə əlaqədar Özbəkistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev və Sooronbay Jeenbekov arasında telefon danışığı olub, münaqişənin yoluna qoyulması istiqamətində fikir mübadiləsi aparılıb.