XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2016 - 20:45

40 ildir prezident olan Anqola lideri:"Seçkilərdə iştirak etməyəcəm"

aa

Anqolaya 40 ilə yaxın başçılıq edən prezident Jose Eduardo dos Santos 2018-ci il prezident seçkilərinə qatılmaq niyyətində olmadığını deyib.

BBC xəbər verir ki, 73 yaşlı siyasətçi ölkənin hakim partiya üzvlərinə müraciətində “Mən getmək və 2018-ci ildə siyasi həyatımı başa vurmaq qərarına gəlmişəm”, – deyib.

Dos Santos prezident postunu 1979-cu ilin sentyabrından tutur. O, 2001-ci ildə də siyasi karyerasını başa vurmaq istədiyini deyib, lakin növbəti seçkilərdən sonra hakimiyyət başında qalıb.

Anqola neft ixracatı həcminə görə dünyada ikinci yerdədir və neftin dünya qiymətlərinin enməsi ölkənin iqtisadiyyatına güclü ziyan vurub. Hazırda bu Afrika ölkəsinin hakimiyyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə maliyyə yardımı almaq haqqında danışıqlar aparır.

Eduardo dos Santos bu gün Dünya liderləri arasında hakimiyyət başında olması müddət üzrə rekordçulardan biridir. Onu yalnız 1975-ci ildən ölkəyə başçılıq edən Kamerun prezidenti Paul Biya geridə qoyub.