XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyun 2020 - 14:24

Karantin mərkəzi kimi istifadə olunan yataqxanalar boşaldılıb- Türkiyədə

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı Türkiyə hökuməti 97 ölkədən 77 min 441 nəfər vətəndaşının vətənə gətirilməsini təmin edib.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Gənclər və İdman naziri Mehmet Kasapoğlu məlumat verib. Bildirilir ki, gətirilən vətəndaşlar nazirliyə aid yataqxanalarda karantində saxlanılıblar. Karantin müddəti başa çatdığı üçün yataqxanalar boşaldılıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası məhdudiyyətlərindən çıxmaq üçün tətbiq olunan qaydalara əsasən sərhədlər açılandan sonra ölkəyə daxil olan şəxslər gömrük-keçid məntəqəsində ilkin testdən keçiriləcəklər. Həmin şəxslər qaldıqları məkanda 14 gün müddətinə karantin keçməlidirlər.