XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2020 - 15:55

Putinə işgəncə verənlərə qarşı cinayət işi –Hadisə

Tver bölgəsinin 9 nömrəli islah koloniyasında cəza çəkən məhkum Vasili Putinə işgəncə verilməsi ilə bağlı cinayət işi açılıb.

Strateq.az “Facebook”-a istinadla xəbər verir ki, bu barədə öz səhifəsində Gulagu.net layihəsinin yaradıcısı Vladimir Oseçkin məlumat verib.

Hüquq müdafiəçisinin paylaşdığı 2016-cı ilin dekabrına aid videoda koloniya zabitlərinin məhkum Putini döydüyü əks olunub. O, tualetlərdə təmizlik işləri görərkən işgəncəyə məruz qalıb.

Videodakı təsvirindən belə rəy çıxır ki, məhbus Putin şok keçirib. Lakin koloniya əməkdaşları onu döyməyə davam ediblər.

Gulagu.net-in məlumatına görə, zorakılıq və xüsusi vasitələrdən istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə (Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin “a” və “b” bəndləri) ilə cinayət işinin icraatına başlanılıb.

Hələlik bu işdə şübhəli şəxslər yoxdur.