XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 16:32

Gürcüstanın Baş Naziri istefaya gedir- KİV-dən iddia

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria istefa verir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə “İnterpress news” xəbər agentliyi məlumat yayıb.

Xəbərə münasibət bildirən hakim Gürcü Arzusu partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze isə jurnalistlərə açıqlamasında bunun doğru olmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Mtavari arxi” telekanalı da Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefa verəcəyi və onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin əvəz edəcəyi ilə bağlı məlumat yayıb.