XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

03 İyun 2020 - 19:33

Corc Floydun ölümünə görə Londonda etirazlar davam edir- FOTO

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda keçirilən aksiyalar davam edir.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, minlərlə insan “Hyde Park”da toplaşaraq öz etirazlarını bildiriblər.

Aksiya iştirakçıları “Corc Floyd üçün ədalət!”, “İrqçiliyə yer yoxdur!” və “Mən nəfəs ala bilmirəm!” kimi şüarların yazıldığı plakatlar qaldırıblar.

Qeyd edək ki, aksiyalar 6 iyunda Parlament Meydanında, 7 iyunda isə ABŞ-ın Britaniyadakı səfirliyinin qarşısında davam edəcək.

Xatırladaq ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.