XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 14:03

NATO Rusiyanı daha güclü beynəlxalq təcridlə hədələdi
“Əgər Rusiya Ukraynadakı böhranla bağlı “Normand formatı”nda əldə edilmiş Minsk anlaşmasını yerinə yetirməsə, onu daha güclü beynəlxalq təcrid və əlavə sanksiyalar gözləyir”.
BBC-nin verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin birinci müavini Aleksandr Verşbou bildirib. Onun sözlərinə görə, Moskva gerçəkdə çətin ki, Minsk anlaşmasının yerinə yetirilməsini dəstəkləyir.
Qeyd edək ki, mayın 18-dən etibarən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın Moskvaya səfəri başlayıb. Onun rusiyalı məmurlarla görüşündə əsas müzakirə mövzularından biri Minsk anlaşmasının yerinə yetirilmə vəziyyəti ilə bağlı olacaq(Musavat.com).