XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 22:10

Belarus hökuməti istefaya göndərildi –Lukaşenkodan sərt qərar

Belarus Prezidenti Aleksandr Lukaşenko hazırkı hökumətin tərkibinin istefaya göndərilməsi barədə qərar verib.

Bu barədə “Belarus 1” telekanalı məlumat yayıb.

Belarus Nazirlər Şurasına 2018-ci ildən etibarən Sergey Rumas rəhbərlik edir. Bundan bir müddət əvvəl Prezident Lukaşenko avqustun 9-na təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq haqqında planlarını açıqlamışdı.

Bununla yanaşı, o, Nazirlər Şurasının hazırkı üzvlərinin böyük əksəriyyətinin vəzifələrində qalacağını bildirmişdi.

Hökümətin yeni tərkibi ilə bağlı təkliflər artıq Belarus rəhbərinə təqdim edilib. Eyni zamanda, Belarus Prezidenti qeyd edib ki, hökumətin tərkibini dəyişdirərkən inqilab olmayacaq/APA.