Ukraynada daha 588 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 411-ə çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 747-yə yüksəlib.
Qeyd edək ki, daha öncə ən yüksək yoluxma sayı aprelin 22-də qeydə alınmışdı – 578.
Beləliklə, ötən sutka qeydə alınan yoluxma sayı rekord həddə çatıb/Report.