XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2020 - 13:12

İran Venesuelaya 1,5 milyon barreldən çox yanacaq göndərib- Sanksiyalara baxmayaraq

Venesuela Prezidenti Nikolas Maduro yaxın günlərdə İrana rəsmi səfər edəcək.

Azərtac “Reuters” agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki dövlət arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Qeyd edək ki, ABŞ-ın sanksiyalarına məruz qalan Venesuela neft ölkəsi olmasına baxmayaraq, ciddi yanacaq çatışmazlığı ilə qarşılaşıb. ABŞ-ın etirazları fonunda İran Venesuelaya 5 tankerlə 1,53 milyon barrel yanacaq göndərib. Venesuela Prezidenti İrana xüsusi minnətdarlıq edərək Tehrana rəsmi səfərə gələcəyini deyib.