XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 14:08

Liviyanın qanuni hökumətindən general Həftərə ağır zərbə:paytaxt azad olundu

Liviyanın Milli Barışıq Hökuməti ölkə paytaxtı Tripolini marşal Xəlifə Hafterin silahlılarından təmizləyərək, şəhərə nəzarəti bərpa edib.

“Haberler” xəbər verir ki, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətini Türkiyə də dəstəkləyir.

Bildirilib ki, “Qəzəb vulkanı” adlı əməliyyat nəticəsndə Həftərin silahlı qüvvələrinin nəzarəti altında olan Tripoli tamamilə azad edilib.

Bundan başqa, səhər saatlarında Qəsr bin-Qaşir, Suq əl-Ximes və Vadi əl-Rabi rayonları Həftərin qanunsuz sayılan silahlı birləşmələrindən təmizlənib.

Tripoli və qanunsuz silahlı birləşmələrdən təmizlənən ərazilərin sakinləri küçələrə çıxaraq atəşfəşanlıq ediblər/Report.