İranda son sutkada rekord sayda – 3 574 yoluxma faktı qeydə alınıb.
Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
“Ötən sutka 3 574 nəfər kornavirusa yoluxub. Yoluxanların ümumi sayı 164 270 nəfərə çatıb. 127 485 pasiyent isə sağalıb”, – sözçü vurğulayıb.
Bildirilir ki, ölkədə son 24 saatda 59 nəfər COVID-19-dan ölüb. Beləliklə, İranda pandemiya qurbanlarının sayı 8 071-ə yüksəlib/Report.