XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2020 - 23:11

Ermənistan iqtidarında daha bir istefa:Dövlət Gəlirlər Komitəsinin sədri vəzifədən getdi

Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib.

“Novosti Armeniya” bildirir ki, o, işdən çıxmaqla bağlı qərarını “Facebook” səhifəsində elan edib.

“KİV-də yayılan çoxsaylı şayiələrin qarşısını almaq üçün Ermənistan baş nazirinə tutduğum vəzifədən azad edilməklə bağlı ərizə yazmışam”, – D.Ananyan bildirib.

O, bu vəzifədə iki ildən artıqdır fəaliyyət göstərirdi.

D.Ananyan istefasının səbəbini açıqlamayıb/Report.