XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2020 - 00:17

Ərdoğan Liviyanın Baş Naziri ilə Ankarada görüşdü:"Əməkdaşlığımızı genişləndirəcəyik”

“Liviya son zamanlar ən çox dəstəyi Türkiyədən alıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş Naziri Faiz Sərracla Ankarada görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Liviyada siyasi razılaşmanı rədd edən, sülhə, istiqrara maneə olan Xəlifə Haftarın özbaşınalıqlarını əngəllənmək üçün regionda və beynəlxalq aləmdə rol oynayan bütün qüvvələrə səslənirik. Liviyanı haqsızların ixtiyarına buraxmayaq”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, F. Sərracla Aralıq dənizində Türkiyə və Liviyanın birgə fəaliyyəti ilə bağlı razılaşmanı imzalayıb: “Bu çərçivədə Aralıq dənizinin şərqində Liviya ilə əməkdaşlığımızı genişləndirəcəyik”.

F. Sərrac Türkiyə Prezidenti ilə ikitərəfli əlaqələrin müzakirə edildiyini bildirib, Türkiyəyə Liviya xalqının yanında olduğuna görə təşəkkür edib/APA.