XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 21:17

Gürcüstan əhalisinin sayı açıqlandı:3 milyon 716 min nəfər

Sonuncu siyahıya alınmanın nəticələrinə görə, Gürcüstan əhalisinin sayı Abxaziya və Tsxinvali bölgələri istisna olmaqla, 3 milyon 716 min 658 nəfərdir.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar hazırladığı hesabatda məlumat verilir.

Bildirilir ki, əhalinin 20,5 faizi və ya 762621 nəfəri pensiya yaşında olan insanlardır.

Hesabatda qeyd olunur ki, ölkədə epidemioloji vəziyyətin idarə olunması zamanı əhali struktur baxımından analiz edilib. Məlum olub ki, ölkədə əsasən dörd xroniki xəstəlik üzrə risk çox yüksəkdir. Belə ki, əhalinin 80 faizi COVID-19 virusunun daşıyıcısıdır. Bunlardan 40 faizi ürək-damar, 22 faizi xroniki respirator, 15 faizi onkoloji şiş, 3 faizi isə şəkərli diabet xəstələridir.