XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 12:07

Ukraynada koronavirus:son sutkada 15 nəfər ölüb

Ukraynada daha 553 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 964-ə çatıb.

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 762-ə yüksəlib.

Bildirilib ki, indiyədək Ukraynada 11 372 xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)