Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışın başlanmasına bir il qalmış gerisayımla bağlı tədbiri keçirməkdən imtina edib.
Yerli NHK telekanalı xəbər verir ki, qərar “Tokio-2020″nin formatının sadələşdirilməsi və optimallaşdırılması çərçivəsində qəbul olunub.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust – 5 sentyabrda keçirilməsi qərara alınıb. (report)