XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 16:07

Ukraynada karantin rejiminin yumşaldılması təxirə salındı –Kiyev meri

Ukraynanın paytaxtı Kiyevdə kafe və restoranların normal fəaliyyətinin bərpası ertələnib.

“Hromadske” xəbər verir ki, bunu brifinqdə Kiyevin meri Vitali Kliçko çıxışı zamanı deyib.

“Hazırda göstəricilərdən biri – 100 min əhaliyə düşən xəstə sayı normadan çoxdur. Bu gün bu, 14,9 nəfər təşkil edir (karantinin yumşaldılması üçün 12 nəfər olmalıdır – red.)”.

Bu səbəbdən paytaxtda kafe, restoran, həmçinin hovuzların ziyarəti qadağası qüvvədə qalıb.

Qeyd edək ki, Kiyevdə iyunun 5-dən başlayaraq karantin rejiminin yumşaldılması gözlənilirdi.

Xatırladaq ki, Ukraynada ötən sutkada daha 553 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 964-ə çatıb. Şərqi Avropa ölkəsində indiyədək 762 nəfər pandemiyanın qurbanı olub. (report)