XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2020 - 19:41

Səudiyyə Ərəbistanında koronavirus:yoluxanların sayı 100 minə yaxınlaşır

Səudiyyə Ərəbistanında daha 2 591 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə məlumatı krallığın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, ölkədə virusa yoluxanların sayı 95 748-ə yüksəlib. Bildirilir ki, ötən sutkada 31 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 642-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)