XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 20:26

Corc Floydun ailəsinə yardım fonduna 13 milyon ABŞ dolları toplanıb

Minneapolisdə polis tərəfindən saxlandıqdan sonra ölən afroamerikalı Corc Floydun ailəsinə yardım fonduna təqribən 13 milyon ABŞ dolları toplanıb.

125 ölkədən təxminən yarım milyon insan fonda ianə göndərib.

Qeyd olunur ki, 500 min ianə vəsaitlərin fonda toplandığı “GoFundMe” kraudfandinq platformasının tarixində rekord göstəricidir.

Xatırladaq ki, mayın 25-də Minneapolis polisi afroamerikalı Corc Floydu saxlayıb. Saxlanma zamanı polis dizi ilə onu boynundan yerə sıxıb. Floyd boğulduğunu qışqırsa da, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə saxlanılan şəxs reanimasiyada dünyasını dəyişib.

Bu, ABŞ-da kütləvi etirazlara və iğtişaşlara səbəb olub. (report)