XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 11:01

İstanbulda “Gəzi etirazları”nın ildönümü polislə qarşıdurma ilə nəticələnib

istanbul aksiya

 

İstanbulda bir qrup insan hökumət əleyhinə etirazların ikinci ildönümü münasibəti ilə aksiya keçirməyə cəhd göstərib. Polisin müdaxiləsi ilə etiraz aksiyası qarşıdurmaya çevrilib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, bu etiraz aksiyası cümə günü, 15 yaşlı bir gəncin ölümünün ardınca başlanan etirazların ikinci ildönümü günündə keçirilib.

İstanbul polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib. Bunun ardınca aksiya iştirakçıları və polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Bu etiraz aksiyası, həmin gəncin yaşadığı Okmeydanı məntəqəsində keçirilib.

Polis əməkdaşlarının 3 aksiya iştirakçısını saxladığı bildirilir.