XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 21:25

İtaliyada COVID-19:yoluxanların sayı 518 nəfər artıb

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı sutka ərzində 518 nəfər artaraq, ümumilikdə 234 531 nəfərə çatıb.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur. Bu göstərici son bir həftədə ən yüksək göstərici hesab olunur.

Son sutkada 1886 nəfər koronavirusdan müalicə olunaraq sağalıb, sağalanların ümumi sayı 163 781-dir. Son günlər ərzində sağalanların sayında azalma müşahidə olunur.

Virusa yoluxma nəticəsində həyatını itirənlərin sayı isə son sutkada 85 nəfər artaraq, ümumilikdə 33 774 nəfərə çatıb. Ötən gün bu rəqəm 88 nəfər idi. (apa)