XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

06 İyun 2020 - 18:05

Sankt-Peterburqda koronavirus:təcili yardım işçilərinin 20 faizi virusa yoluxub

Rusiyanın Sankt-Peterburq Şəhər Təcili Tibbi Yardım Xidmətinin hər 5 əməkdaşından 1-i koronavirusa yoluxub.

“newsru” xəbər verir ki, bu barədə Sankt-Peterburq hakimiyyətindən bildirilib.

Məlumata görə, bu səbəbdən, eləcə də şəhərdə yaranan ağır epidemioloji şəraitlə bağlı pasiyentlər təcili yardım xidmətini daha çox gözləyirlər.

Şəhərin səhiyyə üzrə komitəsinin tibbi ambulator yardım təşkilatının bölmə rəisi Larisa Solovyova bildirib ki, ötən il yüksək temperaturlu pasiyentlər yerində qalırdısa, indi qaydalara uyğun olaraq hospitala göndərilirlər.

Son 24 saatda Sankt-Peterburqda koronavirusdan ölənlərin sayı iki dəfə artaraq 55 nəfər olub.

Bu şəhərdə son sutkada 347 nəfər yoluxub. Onların sayı 18 169 nəfər çatıb. Virusun qurbanlarının ümumi sayı isə 346 nəfər olub.

Rusiyada son sutkada daha 8 855 nəfərdə COVID-19 diaqnozu aşkarlanıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 458 689 nəfərə çatıb. Son sutkada 197 nəfər ölüb və koronavirus qurbanlarının sayı 5 725 nəfərə yüksəlib/Report.