XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2020 - 21:33

Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxub

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Kurmanqali koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə Berik Kurmanqali özünün “Facebook” səhifəsində yazıb.

“Təəssüf ki, son tədbirlərə baxmayaraq koronavirusla bağlı testim müsbət nəticə verib. Hazırda həkimlərin nəzarəti altında xəstəxanadayam. Vəziyyətim qənaətbəxşdir.

Dərhal demək istəyirəm ki, prezident Kasım-Jomart Tokayev qrafikə uyğun olaraq işini davam etdirir, sağlamlığına heç bir təhdid yoxdur”.