XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

06 İyun 2020 - 23:11

Türkiyədə koronavirus:daha 21 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35846 şübhəli koronavirus testindən keçib, onlardan 878-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4669 nəfər ölüb, 169218 nəfər bu infeksiyaya yoluxub, 135322 nəfəri isə müalicə olunub.

Bu gün 1922 xəstə evə buraxılıb.