XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

07 İyun 2020 - 00:21

Braziliya prezidenti:"ABŞ ÜST-dən çıxdı və biz də bunu düşünürük"

“Ölkəmiz ideoloji quruluşa görə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağı nəzərdən keçirə bilər”.

Bunu Braziliya prezidenti Jair Bolsonaru bəyan edib.

“Mən xəbərdarlıq edirəm: ABŞ ÜST-dən çıxdı və biz gələcəkdə bunu düşünürük. Ya ÜST ideoloji əsas olmadan fəaliyyət göstərəcək, ya da biz bu təşkilatdan ayrılacağıq”.

Qeyd edək ki, Braziliya koronavirusun yayılmasına görə dünyada ikinci yeri tutur. Ölkədə 614 min nəfər yoluxmuş, 34 min adam ölüb/Report.