XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2020 - 09:17

“NATO koronavirusun mümkün ikinci dalğasına hazırlaşır” –Stoltenberq

NATO koronavirusun ikinci dalğası meydana gəldiyi təqdirdə alyans üzvlərinə və tərəfdaşlarına kömək etmək üçün plan hazırlayır.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, iyunun ortalarında NATO-ya üzv ölkələrin müdafiə nazirlərinə konkret planlar veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe bəyan edib ki, payızda yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası gözlənilir. /Report