XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

07 İyun 2020 - 10:16

Nyu-Yorkda etirazçılar mühakimə edilməyəcək –Prokuror bundan imtina edib

Nyu-Yorkda Queens rayonunun Baş prokuroru Melinda Katz etiraz aksiyaları zamanı komendant saatını pozduqlarına və ya sosial məsafəyə əməl etmədiklərinə görə tutulan şəxsləri mühakimə etməyəcəyini bildirib.

Katz bu barədə Twitter səhifəsində yazıb.

Hüquqşünasın sözlərinə görə, o, bu məsələ ilə bağlı Manhettan prokuroru Sayrus Vansanın fikrilə həmrəy olduğunu vurğulayıb.

O qeyd edib ki, Sayrusla birlikdə mövqe nümayiş etdirməkdən qürur duyur. Sosial ədalət prinsiplərinə sadiq olduğunu yazan prokuror qaradərili insanlara qarşı polis zorakılığını qınayıb.

Qeyd edək ki, ötən gecə Nyu-Yorkda nümayişlər zamanı 40 nəfər tutulub. İyunun 5-nə keçən gecə isə saxlanılanların sayı 270 nəfər olub.  Vaşinqton və Nyu-York da daxil olmaqla ABŞ-ın təxminən, 40 şəhərində komendant saatları tətbiq edilmişdi. 

Los-Ancelesdə və Kaliforniyanın bir çox yerində bu rejim artıq ləğv olunub. /APA