XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 10:54

Rusiya beynəlxalq aviareysləri qismən bərpa edə bilər –İyulun 15-dən

İyulun 15-dən etibarən Rusiya beynəlxalq aviareysləri qismən bərpa edə bilər.

Bu barədə Rusiya mediası yerli aviaşirkətlərin nümayəndələrinə istinadən xəbər verir.

İlkin mərhələdə uçuşlar 15 ölkə bərpa olunacaq. Belə ki, Rusiya uçuşları ilk növbədə, Avrasiya İqtisadi Birliyi və MDB ölkələrinə bərpa edəcək.

Birinci olaraq uçuşları bir neçə iri aviadaşıyıcı bərpa edəcək. Əsas şərtlər COVID-19 aşkar edilmiş halların sabit azalması və göyərtədə ciddi sanitariya qaydalarına riayət edilməsidir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayının sonunda Rusiya beynəlxalq aviareyslər üzrə uşuları tam dayandırıb. (apa)