XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 15:59

“Rusiyanın bir sıra regionlarında koronavirusa yoluxma artıb” – Mişustin

“Altı gündür ki, Rusiyada koronavirus infeksiyasına yoluxma artımı 2 faizi keçmir”.

Bunu Rusiyanın Baş Naziri Mixail Mişustin deyib.

Rusiyanın Baş Naziri paytaxt Moskvada koronavirusla bağlı vəziyyətə də toxunub. O qeyd edib ki, Moskvada koronavirusa yoluxma halının artımı ölkə üzrə orta səviyyə göstəricisindən aşağıdır: “Əlbəttə ki, regiondan regiona vəziyyət fərqlidir. Bir sıra regionlarda yoluxma halları bir qədər artıb. Koronavirusun ən çox aşkarlandığı Moskva üzrə isə bu rəqəm cəmi 1 faiz təşkil edir”. (apa)