XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 17:23

“Formula 1”:mövsümün açılışını amerikalı milyarder edəcək

“Microsoft” şirkətinin qurucusu Bill Geyts “Formula 1” üzrə dünya çempionatında Avstriya Qran-prisinin fəxri qonağı olacaq.

“GrandPx” nəşri xəbər verir ki, mövsümün ilk yarışının açılışını məhz amerikalı maqnat edəcək.

Onu Qran-priyə Avstriyanın “Red Bull” şirkətinin sahibi, milyarder Ditrix Mateşits şəxsən dəvət edib. Komandanın avtoidman üzrə məsləhətçisi Helmut Marko isə məlumatı şərh etmək istəməyib.

Qeyd edək ki, “Formula 1″də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl “Formula 1” rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 – 7 iyunda keçirilməli idi.

Avstriya Qran-prisi 3 – 5 iyul və 10 – 12 iyulda keçiriləcək. (report)