XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2020 - 17:34

Nyu York açılır, Britaniya qapanır, Yeni Zelandiya bütün qadağaları ləğv edir –Koronavirus gündəmi

Vaxtilə Birləşmiş Ştatlarda koronavirus pandemiyasının episentri sayılan Nyu York şəhərində iyunun 8-də bəzi şirkətlər yenidən açılır.

Britaniya isə ölkəyə gələnləri iki həftəlik özünütəcridə alacaq.

İki ay qabaq Nyu Yorkda hər gün COVID-19 xəstəliyindən yüzlərlə insan həyatını itirirdi. İndi isə bu rəqəm 500 civarındadır. Rəsmilər artıq sənaye, tikinti, topdan və pərakəndə satış sektorlarının yenidən işə başlaya biləcəyini deyirlər. Açılımın ilkin mərhələsində 400 minədək sakinin iş başına dönəcəyi özlənir. Ümumilikdə Nyu Yorkda COVID-19-dan 22 min nəfər vəfat edib.

Ancaq Britaniyada qüvvəyə minən ikihəftəlik özünütəcrid qaydasını hava nəqliyyatı şirkətləri pisləyir. Məqsəd xaricdən gələ biləcək ikinci dalğa yoluxmaları önləməkdir. “British Airways”, digər hava şirkətləri isə qeyri-adekvat vəədalətsiz hesab etdikləri addıma görə hökuməti məhkəməyə veriblər.

Qadağa həm sakinlərə, həm turistlərə aiddir. Yük maşınları sürücüləri, təməl tibbi xidmət əməkdaşları, İrlandiyadan gələn, orada azı iki həftə qalmış şəxslər istisna təşkil edir. Britaniyaya daxil olanlar səyahətlərinin detallarını, özlərini harada təcrid edəcəklərini açıqlamalıdırlar.

Latın Amerikası, Avropa, Yeni Zelandiya

Dünya üzrə COVID-19-dan ölənlərin sayı 402 mini keçib, təsdiqlənmiş yoluxma halları 7 milyondan çoxdur. Latın Amerikasında ölüm halları çoxalır. Qvatemala Prezidenti Alexandro Giyametti iyunun 7-də deyib ki, administrasiya və təhlükəsizlik xidmətindən 18 nəfərin testləri pozitiv çıxıb, o, məsafədən işləyəcək və prezident administrasiya dezinfeksiya olunacaq.

Avropanın bir çox ölkələri iqtisadiyyatı tədricən açır, sərhədlərini daha da açmağı planlayır. (azpolitika)