XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 19:43

BP işçilərin 15%-ni ixtisar etməyi planlaşdırır

BP şirkəti COVID-19 pandemiyasının yaratdığı böhrana cavab olaraq və şirkətin icraçı direktoru Bernard Luniyin bərpa olunan enerji mənbələrinə keçidin planının bir hissəsi kimi, işçilərin 15%-ni ixtisar etməyi planlaşdırır.

Bunu “Reuters”ə şirkətdə olan etibarlı mənbə deyib.

Luniy onlayn formatda olan qlobal zəngdə işçilərinə bildirib ki, şirkət 70,1 min işçisindən 10 minini ixtisar edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasının neft bazarında görünməmiş bir qiymət azalmasına səbəb olması fonunda BP apreldə 2020-ci ilin xərclərinin 25% azaltdığını bildirib. (apa)