XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 16:44

Çində “ekoloji qüllə”tikilir

14577848033822431713_1000x669

Çinin Quançjou şəhərində “Mirvari çayı” qülləsinin (Pearl River Tower) tikintisinin bu il başa çatdırılması planlaşdırılıb.

Azərtac “Arxinovosti” saytına istinadla xəbər verir ki, ümumi sahəsi 220 min kvadratmetr olan binanın layihəsi ABŞ-ın “СОМ” arxitektura şirkətinin memar və dizaynerləri tərəfindən hazırlanıb.

Unikal quruluşa malik olan binada enerji səmərəliliyi, zəlzələyə davamlılıq və ekoloji məsələlərə xüsusi diqqət ayrılıb.

Memarlar binada bir çox innovativ elementləri kompleks şəkildə bir yerdə cəmləşdirməyə nail olublar.

Buraya günəş panelləri, tavanda soyutma sistemləri, döşəmədə isə havanın ventilyasiya sistemləri, təbii işıqlandırma və s. daxildir.

Mütəxəssislərin fikrincə, “Mirvari çayı” dünyanın ən “ekoloji qüllə”ləri sırasında yer alacaq.