XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 23:14

Fransada koronavirus:ölənlərin sayı 29 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı  qurbanlarının sayı 29155 nəfərə çatıb.

RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 18859 nəfəri xəstəxanalarda, 10350 nəfəri isə sosial-tibbi müəssisələrdə dünyasını dəyişib.

Son sutkada yeni virusa yoluxan 145 nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiya başlayandan bəri xəstəxanaya yerləşdirilənlərin ümumi sayı 102 729 nəfər olub, onlardan 18103 nəfəri reanimasiya şöbəsində müalicə alıb. 71062 nəfər sağalaraq evə buraxılıb. (apa)