XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 22:58

Yunanıstanda koronavirusa daha 100 nəfər yoluxub –Səhiyyə Nazirliyi

Yunanıstanda son dörd gün ərzində 100-ə yaxın yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, müalicə alan 2 nəfər ölüb. Yoluxanların 3/1 hissəsi xaricdən ölkəyə səfər edən şəxslərdir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Qeyd olunur ki, 97 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bildirilib ki, ölkədə 3 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 182 nəfər vəfat edib, 10 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. (report)