XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 00:17

“Trampla söhbətimizdən sonra ABŞ-la Türkiyə arasında yeni mərhələ başlaya bilər” –Ərdoğan

“Trampla bu axşamkı danışıqlarımız regionda inkişaf edən hadisələrlə bağlı xüsusi əhəmiyyət kəsb edir. Bu danışıqdan sonra ABŞ-la Türkiyə arasında yeni bir mərhələ başlaya bilər”.

Bu barədə R.T.Ərdoğan TRT-yə müsahibəsində deyib.

Prezident bildirib ki, Trampla telefon söhbətində Suriya və Liviya başda olmaqla, regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar: “Liviya məsələsində Haftar bütün gücünü Rusiyadan alır. Putinlə təkrar söhbət etmək, yeni bir planlama aparmaq fikrindəyəm”.

Ərdoğan əlavə edib ki, FETO terror təşkilatının üzvü olan bəzi şəxslərlə bağlı da Trampla danışıb.

ABŞ Prezidenti verilən məlumatların araşdırılacağını bildirib.

ABŞ-da irqçilik və qaradərili Corc Floydun öldürülməsi məsələsinə də mövqe bildirən Ərdoğan qeyri-insani davranışları pisləyib. (apa)