XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 21:54

Nyu-York 78 günlük karantin rejimindən çıxır- İlk etapda bu yerlər açılacaq

ABŞ-da COVID-19 koronavirusunun yayılmasının episentri sayılan Nyu-York karantin rejimindən ilk çıxma mərhələsinə başlayır.

Azərtac CNN teleradio kompaniyasına istinadla xəbər verir ki, məhdudiyyət rejimindən çıxma üzrə ilk etapda pərakəndə satış mağazalarında və tikinti sektorunda çalışan əməkdaşlar iş yerlərinə qayıda biləcəklər.

Eyni zamanda, bərbərxanalar, ofislər, həmçinin bar və restoranların daxili otaqları növbəti mərhələyə qədər bağlı qalacaq.

Qeyd edək ki, mart ayında Dünya Səhiyyə yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 12:40-a olan məlumatına əsasən, dünyada 7 milyon 211 mindən çox yoluxma və 408 min 986 ölüm faktı qeydə alınıb, 3 milyon 550 min 920 xəstə isə sağalıb.

ABŞ-da indiyədək 2 milyon 26 min 597 nəfər, o cümlədən Nyu-Yorkda 399 min 892 nəfər koronavirus infeksiyasına yoluxub. Ölkə üzrə 113 min 61 nəfər, ştatda isə 30 min 516 nəfər həyatını itirib.