XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2020 - 22:05

Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib- FOTO

Ermənistanın İsraildə səfirlik açması İranda etirazlara səbəb olub.

APA-nın Tehran bürosunun məlumatına görə, buna etiraz edən bir qrup tələbə Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib. 

Aksiya iştirakçıları Ermənistan hökumətinin İsraildə səfirlik açmasını pisləyiblər. Etirazçılar Ermənistan hökumətindən bu qərarına yenidən baxmasını tələb ediblər. 

Aksiyanın sonunda bəyanat qəbul edilib.