Dünya Bankı yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Gürcüstanda ÜDM istehsalının bu il 4,8% azalacağını proqnozlaşdırır.
Bu barədə “APA-Economics” Dünya Bankının “Global Economic Prospects” adlı hesabatının iyun buraxılışına istinadən bildirir.
Qeyd edək ki, bu, yanvar ayının proqnozu ilə müqayisədə 9,1 faiz bəndi aşağıdır.
Bundan başqa, Dünya Bankı ölkənin 2021-ci il üzrə iqtisadi artım proqnozunu isə 0,5 faiz bəndi azaldaraq 4%-ə endirib.
Qeyd edək ki, bank yeni növ koronavirus (pandemiyası fonunda bu il dünyada ÜDM-in azalma tempinin 5,2% səviyyəsində olacağını proqnozlaşdırır. Bu da II Dünya Müharibəsindən sonra ən dərin tənəzzül deməkdir.
Xatırladaq ki, Gürcüstan hökuməti bu il ölkə iqtisadiyyatının 4% azalacağını proqnozlaşdırır.