XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 00:17

Fransada koronavirus qurbanlarının sayı 29,3 minə çatır –Açıqlama

Fransada xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxanların sayı azalaraq 1 000 nəfərə enib, hazırda 11,9 mindən çox insanın müalicəsi davam edir. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

“COVID-19-a yoluxmuş 955 insan reanimasiyadadır (bir həftə öncə – 2 iyunda reanimasiyadakı pasiyentlərin sayı 1 253 nəfər təşkil edirdi)”, – rəsmi məlumatda deyilir. Reanimasiyaya son gün ərzində 15 yeni pasiyent daxil oldu. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı ötən cümə günü ilə müqayisədə 69 nəfər azalıb.

Hazırda xəstəxanalarda 11 961 nəfərin müalicəsi davam etdirilir (bir həftə öncə xəstəxanalarda pasiyentlərin sayı 14 028 nəfər təşkil edirdi). Son 24 saat ərzində xəstəxanalara 169 yeni pasiyent yerləşdirilib.

“Epidemiyanın başlanğıcından Fransada 29 296 insan koronavirusdan ölüb, onlardan 18 912 nəfəri xəstəxanalarda, 10 384 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat edib”, – rəsmi məlumatda deyilir.

Epidemiyanın başlanğıcından 102,8 mindən çox insan xəstəxanalara yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə alıb. Ölkədə virusa yoluxmuş 71,5 min insan sağalaraq evə buraxılıb/Report.