XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 18:42

İran Müdafiə naziri İraqdadır

İranın Müdafiə naziri Hüseyn Dehkanın İraqa getdiyi bildililir. Maraqlıdır ki, ziyarət Ramadi şəhərinin İŞİD tərəfindən işğal olunmasından sonraya təsadüf edir.

Qeyd edək ki, Ramadi İraqın coğrafi miqyasına görə ən böyük vilayəti Ənbarın mərkəzidir və Bağdadın 110 km-liyində yerləşir.

İŞİD silahlılarının paytaxta bu qədər yaxınlaşması və Ənbar vilayətinin ikinci böyük şəhəri Hadisə uğrunda mübarizəyə başlaması İraqda olduğu qədər İranda da nigaranlıqla qarşılanır.

Mütəxxəsislər məhz bu əsnada reallaşan səfəri təsadüfi saymır və iki dövlət yetkililərinin görüşlərində İŞİD-ə qarşı mübarizə planının hazırlanmasını ehtimal edirlər.