XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 14:24

Ukrayna Baş Prokurorluğu Poroşenkoya qarşı yeni ittiham irəli sürdü –Keçmiş prezidentin vəkilindən etiraz

Ukrayna Baş Prokurorluğu keçmiş prezident Pyotr Poroşenkoya qarşı yeni ittiham irəli sürüb. 

TASS-ın verdiyi xəbərə görə, keçmiş prezidentin vəkili İlya Novikov bu ittihamları qeyri-qanuni adlandırıb.

O, Proşenkonun Ukraynanın Dövlət Araşdırmaları Bürosuna dindirilmə üçün çağırıldığını təsdiqləyib: “Dindirilmə başlanana qədər Baş Prokurorluğun bir əməkdaşı bizə yaxınlaşdı, ittiham haqqında məlumat verməyə çalışdı. Lakin onun davranışı qanun-qaydaya uyğun olmadığı üçün, ünsiyyət qurmaqdan imtina etdik”. 

Novikovun sözlərinə görə, ittiham irəli sürülməsi ilə bağlı məlumat parlament deputatına Baş prokuror İrina Venediktova tərəfindən təqdim edilməlidir.

Proşenkonun “Avropa həmrəyliyi” partiyasının mətbuat xidmətindən isə bildirilib ki, Ukraynanın Dövlət Araşdırmaları Bürosu Proşenkoya Sergey Semoçkonun Xarici Kəşfiyyat İdarəsinin müavini təyin edilməsi işi ilə əlaqədar ittiham irəli sürmək niyyətindədir/APA.