XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 15:34

Almaniya altı ölkə ilə sərhəd nəzarətini ləğv edir- SİYAHI

Almaniya iyunun 15-dən etibarən qonşu dövlətlərlə sərbəst gediş-gəlişi bərpa edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər naziri Horst Zeehofer bildirib.

Onun sözlərinə görə, qonşu dövlətlər – Avstriya, İsveçrə, Fransa, İtaliya və Danimarka ilə əlaqə iyunun 15-dən tam bərpa olunacaq, başqa sözlə, sərhəd nəzarəti ləğv ediləcək. İspaniya ilə əlaqələr isə iyunun 21-dən bərpa ediləcək.

Nazir qeyd edib ki, bununla Aİ daxilində koronavirus pandemiyası səbəbi ilə məhdudlaşan hərəkət azadlığı bərpa ediləcək, ancaq vəziyyət yenidən pisləşərsə, nə edəcəyimizlə bağlı razılığımız var.