XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 18:42

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub- Müzakirə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə və Rusiya liderləri regional məsələləri, Liviya və Suriya münaqişələrini müzakirə ediblər.

Bundan başqa, telefon danışığı zamanı yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə və pandemiyadan sonrakı dövrdə hər iki dövlətin atacağı addımlarla bağlı fikir mübadiləsi aparılıb.