XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 20:04

ABŞ Qrenlandiyadakı konsulluğunu yenidən açır- Pompeodan açıqlama

ABŞ-ın 1953-cü ildə bağlanılan Qrenlandiyadakı konsulluğu yenidən açılır.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo açıqlama verib.

“2020-ci il iyunun 10-da ABŞ-ın Qrenlandiya konsulluğunun yenidən açılması münasibətilə təbrikləri çatdırmaqdan qürurluyam. Bu addım Amerikanın Qrenlandiya xalqı və bütövlükdə Danimarka Krallığı ilə əməkdaşlığı daha da dərinləşdirmək əzmini əks etdirir. Nuukda mövcudluğumuz Danimarka və Qrenlandiyadakı dostlarımızla birgə paylaşdığımız rifahı artırmağa səy göstərəcək, Arktikadakı digər müttəfiq və tərəfdaşlarımızla birgə regionun sabitliyi və davamlı inkişafını təmin etmək üçün çalışacağıq”, – dövlət katibi vurğulayıb.

Həmçinin ABŞ-ın Danimarkadakı səfiri Karla Sands tərəfindən verilən açıqlamada da son 67 ildə ilk dəfə açılan konsulluğun Qrenlandiyada yeni imkanlar açacağı qeyd olunur.

Xatırladaq ki, ötən ilin avqust ayında ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq barədə açıqlaması həm adada, həm də məxsus olduğu Danimarkada qalmaqala səbəb olmuşdu.